Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb

Xəbər - Ləman Zeynalova – AzerTimes:

Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli kredit təqdim edib.

Bu barədə AzerTimes-ə ICGB layihə şirkətindən bildiriblər.

Qeyd olunub ki, kreditin ümumi məbləği 40 milyon avro təşkil edir:

“IGB layihəsinin tamamlanması üçün tələb olunan maliyyələşmə tam təmin olunub. Layihə şirkətinin 59,3 milyon avro məbləğində nizamnamə kapitalı səhmdarlar tərəfindən təqdim olunub və artıq tam şəkildə ödənilib”.


Qeyd edək ki, IGB interkonnektoru Yunanıstanla Bolqarıstanın qaz sistemlərini birləşdirəcək. Qaz kəmərinin uzunluğu 182,6 kilometr, buraxılış gücü illik 3 milyard kubmetrdir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: