Boliviyada koronavirusun “Britaniya” ştammı aşkarlanıb

Boliviyanın azı iki departamentində koronavirusun Böyük Britaniyada aşkarlanan ştammına yoluxma halları qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib: “Təhlil edilmiş nümunələrə əsasən Boliviyada koronavirusun “Britaniya” ştammının yayıldığı müəyyən edilib”.

Qeyd edək ki, hazırkı dövrədək Boliviyada koronavirusa 292 mindən artıq yoluxma halı qeydə alınıb, koronavirusa yoluxanlardan 12 min nəfəri vəfat edib.