Bölgələrdə vaksinasiya sürətlənib – Xəstəxana direktoru

Xəbər - Samir Əli – AzerTimes:

Bölgələrdə koronavirus əleyhinə vaksinasiya prosesi sürətlənib.

Bunu AzerTimes-ə açıqlamasında Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib.

O bildirib ki, son günlər peyvənd olunmaq üçün müraciət edənlərin sayı artmaqdadır: “Xəstəxanada vətəndaşların peyvənd olunması üçün briqadalar yaradılıb, müraciətlər qəbul edilir. Gün ərzində peyvənd olunmaq üçün müraciət edənlərin sayı 580-600 nəfər arasında dəyişir. Bu günə qədər 19 min 286 vaksin vurulub. Onlardan 5 min 530 nəfər hər iki dozanı qəbul edib. 8 min 206 nəfərə isə birinci doza vurulub. Vaksin vurulanlardan 379 nəfəri tibb işçiləri, qalanları isə müxtəlif şəxslərdir”.


Direktor bildirib ki, vətəndaşlara “Sinovac” vaksini vurulur: “Vaksin vurulanlar arasında özünü bu günə qədər pis hiss edən olmayıb. Vaksin olunmaq üçün müraciət edən şəxslər əvvəlcə müayinə olunur, yanaşı xəstəliklərinin olub-olmaması yoxlanılır, sonra peyvənd olunmasına qərar verilir. Hazırda vətəndaşların peyvənd olunması üçün xəstəxana kifayət qədər vaksinlə təmin edilib”.

Teqlər: