“Boeing” 777 modellərinin istifadəsini dayandırmağa çağırdı (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

“Boeing” şirkəti ABŞ-dakı aviaşirkətlərə “Pratt & Whitney PW 4000” mühərrikləri ilə işləyən “Boeing 777” təyyarələrinin istifadəsini dayandırmağı tövsiyə edib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Boeing”in bəyanatında deyilir.

Məlumatda bildirilir ki, araşdırma aparılan müddətdə 150-yə yaxın “Boeing 777” təyyarələrinin uçuşları dayandırılıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın Denver şəhərindən Havay adalarına uçan təyyarənin mühərrik hissəsinin örtüyü qopub və yaşayış məntəqəsinin yaxınlığına düşüb.

Təyyarə Denverə geri qayıdaraq eniş edib. Xəsarət alan olmayıb.