“Boeing” 5.28 milyard dollarlıq kredit razılaşması əldə edib

Amerikan şirkəti “Boeing” iki il müddətinə yenilənə bilən 5.28 milyard dollarlıq kredit razılaşması imzalayıb.

AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, aviaşirkət tədbiri “COVID-19” pandemiyasının səbəb olduğu ticari hava əlaqələrin uzun müddətli ləngiməsinən əlaqədar maddi sıxıntılardan qorunmaq məqsədi ilə həyata keçirib.

Bundan əvvəl şirkətin bir qrup banka 4 ilə 6 milyard dollar arasında yeni kredit xəttinin açılması ilə bağlı müraciət etdiyi bildirilib.

Əldə edilən razılaşmanın tərəfləri kimi “Citigroup”, “JPMorgan Chase Bank”, “BofA Securities” və “Wells Fargo Securities” maliyə qrupları tanınır. Müqavilənin vaxtının 19 mart 2023-cü il tarixinədək olduğu qeyd edilir.

Teqlər: