BMT TŞ Yaxın Şərqlə bağlı ortaq mövqe formalaşdıra bilməyib

BMT Təhlükəsizlik Şurası son iki həftədə gərginləşən Fələstin-İsrail münaqişəsi ilə bağlı keçirilən dördüncü iclasında ortaq mövqe formalaşdıra bilməyib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu özünün “Twitter” səhifəsində may ayında Təhlükəsizlik Şurasına sədrlik edən Çinin BMT yanında daimi nümayəndəsi Çjan Tszyun yazıb.

Daimi nümayəndə bütün üzvləri sülhə nail olunması və dinc sakinlərin müdafiəsi istiqamətində bütün səyləri birləşdirməyə çağırıb.

Qeyd edək ki, İsrail-Fələstin arasında baş vermən son qarşıdurmalar nəticəsində İsrail tərəfindən 10, Fələstin tərəfindən isə 230-dan çox insan ölüb.