BMT Təhlükəsizlik Şurasında Qarabağ müzakirə olundu

BMT Təhlükəsizlik Şurasında Qarabağ müzakirə olundu

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarətin təmin edilməsinin zəruriliyini müzakirə edib.

Oktyabr ayında Şuraya sədrlik edən Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağ üzrə qapalı iclasın yekunlarına dair məlumatı KİV-ə bildirib.

Onun sözlərinə görə, indi atəşkəsin yerinə yetirilməsini təmin etmək lazımdır, bu, ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib.

Nebenzya qeyd edib ki, əsas məsələ onun yerinə yetirilməsinə nəzarətin necə təmin ediləcəyidir.