BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxılışlarını nəzərdən keçirəcək

BMT Təhlükəsizlik Şurası Efiopiya hakimiyyətinin təşkilatın yeddi işçisini ölkədən çıxarma qərarı fonunda bu ölkədəki vəziyyəti və Şimali Koreyanın raket buraxılışlarını nəzərdən keçirəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə İrlandiyanın BMT-dəki daimi nümayəndəsi Bern Neyson bildirib.

O qeyd edib ki, BMT təşkilatın yeddi əməkdaşının geri çağırılmasının əsaslı səbəblərini görmür.

Diplomatın sözlərinə görə, Təhlükəsizlik Şurası KXDR-in raket sınaqları ilə bağlı dərin narahatlığını ifadə etməlidir:

“Ballistik raket buraxılışlarından narahatıq. Bu qəbuledilməzdir. Təhlükəsizlik Şurasının bu narahatçılığını ifadə etməsini istəyirik”.