BMT naməlum xakerlərin şəbəkələrin bir hissəsini sındırdığını təsdiqləyib

BMT-nin şəbəkə infrastrukturunun bir hissəsi bu ilin aprelində naməlum şəxslər tərəfindən sındırılıb.

AzerTimes-ın məlumatına görə, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: “Bu ilin aprelində naməlum şəxslərin BMT infrastrukturunun bir hissəsini sındıra bildiklərini təsdiq edə bilərik. Hücumlar “Bloomberg”in məqaləsində qeyd olunan şirkət tərəfindən bizə bildirilməmişdən əvvəl müəyyən edilib. Şəbəkənin sındırılmasının nəticələrinin yumşaldılması üzrə tədbirlər planlaşdırılıb və həyata keçirilib”.

Onun sözlərinə görə, BMT kiber hücum haqqında məlumatı paylaşan şirkətə təşəkkür edib.

Xatırladaq ki, ötən gün “Bloomberg” agentliyi kiber təhlükəsizliklə məşğul olan “Resecurity” şirkətinə istinadən bildirmişdi ki, xakerlər 2021-ci ilin əvvəlində BMT-yə məxsus kompüter şəbəkələrini sındırıblar və təşkilatın agentliklərin qarşı istfadə edə biləcəkləri məlumatları ələ keçiriblər.