BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri bu gecə Azərbaycana gəlir

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır bu gecə Azərbaycana gəlir.

Bu barədə AzerTimes-a BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, heyətin bir sıra rəsmi şəxslərlə, o cümlədən, Azərbaycanın Xarici İşlər naziri, ölkə parlamentinin sədri ilə yanaşı, BMT-nin Azərbaycandakı qurumlarının rəhbərləri ilə də görüşləri planlaşdırılır.

Daha əvvəl BMT Baş Məclisinin 75-ci sessiyasının sədri Volkan Bozkırın 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana səfər edəcəyi bildirilmişdi.

Teqlər: