BMT Baş Assambleyası 76-cı sessiyasının yeni sədri seçilib

Maldiv nümayəndəsi Abdulla Şahid Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 76-cı sessiyasının sədri seçilib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, A.Şahidin lehinə 143, onun rəqibi Əfqanıstan nümayəndəsi Zalmay Rəsulun lehinə isə 48 ölkənin nümayəndəsi səs veriblər. Səsvermə zamanı bitərəf qalan olmayıb. Abdulla Şahid Maldivin XİN rəhbəri vəzifəsini icra edir.


Yeni sədr sentyabrda keçiriləcək iclasın əvvəlində icrasına başlamaqla bir il bu vəzifəni yerinə yetirəcək.