Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı

ABŞ Dövlət Katibi Entoni Blinken Əfqanıstan prezidenti Əşrəf Qaniyə göndərdiyi məktubda BMT-nin təşkilatçılığı ilə respublikada vəziyyətin sülh yolunan nizamlanmaya dair konfrans keçirilməsini təklif edib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, tədbir Türkiyədə baş tuta bilər.

Təklifə görə ABŞ, Türkiyə, Çin, Rusiya, Pakistan, İran və Hindistan təmsilçilərinin Əfqanıstanda sülhün qorunmasına yönələn hərtərəfli yanaşmanı müzakirə etmələri gözlənilir. Konfransın məqsədi hər iki münaqişə tərəfinin iştirakı ilə hökumət qurmaq və üç ay müddətinə qərginliyi azaldaraq daha sonra atəşkəsı bərqərar etmək olacaq.

Dövlət katibi Birləşmiş Ştatların 1 mayadək Əfqanıstanda yerləşdirilən 2500 amerikan əsgərini geri çəkilməsi barədə hələ qərar vermədiyini təsdiqləyib. O, təhlükəsizlik sahəsində vəziyyətinin pisləşə biləcəyindən narahatlığını bildirib.

Teqlər: