Bitkoinin qiyməti 57 min dolları ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 57 min dolları ötüb.

Trend bu barədə “Coinmarketcap” portalına istinadən məlumat verir.

Son saatlarda kriptovalyuta 57 207 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb.

Bu göstərici bitkoinin bu ilin mayından etibarən qeydə alınan ən yüksək göstərici olub.