Birləşmiş Ərəb Əmirliyi Azərbaycana tibbi yardım göndərdi

Birləşmiş Ərəb Əmirliyi Azərbaycana tibbi yardım göndərdi

Birləşmiş Ərəb Əmirliyi COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə səyləri dəstəkləmək üçün Azərbaycana təyyarə ilə 11 metrik ton dərman göndərib.

Bu yardım koronavirusa qarşı mübarizə aparan təxminən 11 000 tibb işçisinə kömək edəcək.

Yardımın çatdırılmasını şərh edən BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əlqubaisi iki ölkə arasındakı əlaqələrin bir çox sahələrdə əhəmiyyətli dərəcədə tərəqqi etdiyini bildirib.

O bu əlaqələrin möhkəmlənməsində iki ölkə rəhbərliyinin rolunu xüsusi qeyd edib.

Səfir əlavə edib ki, bu gün tibbi yardım üçün təyyarələrin göndərilməsi BƏƏ rəhbərliyinin müxtəlif ölkələrə, xüsusən də dünyanın pandemiya ilə mübarizədə qarşı-qarşıya qaldığı çətinliklər fonunda dost ölkələrə dəstəkverici yanaşmasının sübutudur.

Qeyd edək ki, BƏƏ bu günə qədər 67 ölkəyə 946 metrik tondan çox yardım göstərib.