Birinci vitse-prezident Mehriban Əliyeva: Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib.

AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:

Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!

Teqlər: