Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya oyunlarında qızıl medal qazanan daha bir idmançımızı təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında bu gün Yay Paralimpiya oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib.

AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:

“İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram”.

Teqlər: