Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza təşəkkür edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza təşəkkür edib.

AzerTimes-ın məlumatına görə, Birinci vitse-prezident bununla bağlı “İnstagram” hesabında paylaşım edib. Paylaşımda deyilir:

“”Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.

Teqlər: