Binəqədidə supermarket yanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Bakının Binəqədi rayonunda mağaza yanıb.

AzerTimes Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən “Bazar Store” supermarketinə aid 10 ədəd kondisioner, 1 ədəd reklam lövhəsi və müşahidə kamerası yanıb.

Bina və yaxınlıqdakı qurğular yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: