Binəqədidə 7 350 abonentin istifadə etdiyi qaz xətti yenilənir (FOTO)

Xəbər - Samir Əli – Trend:

Paytaxtın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində 7 350 abonentin qaz təchizatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədi ilə istismar müddəti başa çatan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.

Bu barədə AzerTimes-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlər əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib. O bildirib ki, vaxtı ilə polad boru ilə çəkilmiş qaz xətti diametri 250 millimetr, uzunluğu 828 metr olan polietilen boru ilə əvəz olunur:

“Bundan başqa, müxtəlif diametrli 400 metr uzunluğunda yan xətlərin çəkilməsi işləri də icra edilir. Təmir işlərinin qısa müddətdə başa çatdırılması məqsədi ilə sözügedən əraziyə çox sayda maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub”.

Teqlər: