Binəqədidə 35 hektar boş sahə yanıb

Binəqədidə 35 hektar boş sahə yanıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı, Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qurumları məlumatlandırılıb. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 hekar sahədə quru ot və kol-kos yanır.

Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə baş vermiş yanğın saat 14:37-də yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb. Yanğın nəticəsində təqribən 35 hektar sahədə quru ot və kol-kos yanıb.