Biləsuvarda evdə yanğın olub

Biləsuvar rayonunda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: