Beynəlxalq üzgüçülük federasiyasına yeni prezident seçilib

Küveyt nümayəndəsi Hüseyn Əl-Müsallam Beynəlxalq üzgüçülük federasiyasının (FINA) yeni prezidenti seçilib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Seçkilər Qətərdə “FINA” konqresində baş tutub.


H.Əl-Müsallam 1996-cı ildən “FINA”da işləyir və 2015-ci ildən təşkilatın birinci vitse-prezidentidir. 61 yaşlı yeni rəhbər eyni zamanda Asiya Olimpiya şurasının baş direktoru və Küveyt Olimpiya komitəsinin baş katibidir.

Xaırladaq ki, Hüseyn Əl-Müsallam quruma 2009-cu ildən indiyədək rəhbərlik edən uruqvaylı Hulio Maqlionenin yerinə seçilib.

Teqlər: