Beynəlxalq Kosmik Stansiyada film çəkilişləri başlayacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Beynəlxalq Kosmik Stansiyada (BKS) ilk bədii filmi çəkəcək rusiyalı çəkiliş heyəti stansiyaya çatıb.

Trend-in məlumatına görə, kosmonavt Anton Şkaplerovun müşayiəti ilə rejissor Klim Şipenko və aktrisa Yuliya Peresild bu gün səhər saatlarında Qazaxıstanın Baykonur kosmodromundan BKS-ə yola düşüb,

Bir neçə saatlıq uçuşdan sonra “Soyuz MS-19” daşıyıcısı stansiyanın “Rassvet” moduluna birləşib. Yaxın saatlarda kosmonavtla birgə çəkiliş heyəti BKS-ə daxil olacaq.


Qeyd edək ki, kosmosda “Çağırış” adlı filmin çəkilişləri aparılacaq. Çəkiliş heyətinin oktyabrın 17-də Yerə qayıtması planlaşdırılır.