Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının iclası keçirilib

2021-ci il 18 mart tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının videokonfrans formatında iclası keçirilib.

Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, iclas zamanı ölkəmizə gətirilən humanitar yardımların qəbulu, təyinatı üzrə paylanılması, uçotu, nəzarətin həyata keçirilməsi və bunlarla bağlı digər işlərin təşkil edilməsinə dair bir sıra məsələlər müzakirə edilib.

İclasda irəli sürülmüş təkliflərə dair Komissiya üzvləri tərəfindən müzakirələr aparılıb və iclasın yekunu olaraq Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni Əsasnamə layihəsinin qəbulu və Katibliyinin yaradılması istiqamətində işlərin sürətli davam etdirilməsi qərara alınıb.

Teqlər: