Beşmərtəbə dairəsi ləğv olunur

Beşmərtəbə dairəsi ləğv olunur

Bakının ən məşhur dairələrindən biri ləğv edilir. “Azəravtoyol”dan verilən məlumata görə, Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində “Beş mərtəbə” dairəsi ləğv olunuraraq park ərazisinə birləşdirilir.

Bununla əlaqədar olaraq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

besmertebe-dairesi