Beşiktaş-Lion matçında hadisə

Beşiktaş-Lion matçında hadisə

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Beşiktaş” “Lion”la qarşılaşır. Matçdan əvvəl iki komandanın azarkeşləri arasında insident yaşanıb.

Belə ki, hələ oyununun başlamağına dəqiqələr qalmış azarkeşlər arasında qarşıdurma baş verib.

Bəzi azarkeşlər hətta meydançaya da daxil olublar. “Lion” rəhbərliyinin verdiyi ilkin açıqlamada bildirilib ki, yuxarıdakı tribunalardan fişənglər atıldığı üçün aşağı cərgələrdə əyləşən azarkeşlər meydana enməyə məcbur olublar.

Qeyd edək ki, “Lion” – “Beşiktaş” matçı saat 23:05-də başlamalı olsa da, hadisələr səbəbindən gecikib.

besiktas-lion