Beşiktaş 0:6 Dinamo Kiyev

Beşiktaş 0:6 Dinamo Kiyev

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu görüşündə yerli “Dinamo” ilə görüşmək üçün Kiyevə gedən Türkiyənin “Beşiktaş” komandası darmadağınla geri dönüb. Oyundan əvvəl türkiyəli azarkeşlərlə yerli fanatlar arasında dava düşüb.

Türklər “Dinamo”nun bayrağını yerə ataraq üstünə çıxıb və fotolar çəkdiriblər. Bundan sonra yerli tərəfdarlar onlar hücum edib və qonaqları döyüblər.

Oyun isə şotland hakimin nəzarətində keçib. Meydan sahibləri ilk dəqiqələrdən hücuma atılıblar və bu, artıq 9-cu dəqiqədə öz bəhrəsini verib. Besedin fərqlənib. Türklər qolun əvəzini çıxmaq istəsələr də nəticə əldə olunmayıb. Üstəlik qonaq komandanın müdafiəçisi 29-cu dəqiqədə qırmızı kart görüb. Məhz bu cəzalandırma darmadağının təməlini qoyub. Yarmolenko 31-ci dəqiədə hesabı artırıb. Bundan 2 dəqiqə sonra isə Buyalski komandasının 3-cü qolunu vurub. İlk yarıya əlavə edilmiş dəqiqələrdə isə kiyevlilər 4-cü dəfə “Beşiktaş”ı mərkəzə dəvət ediblər. Qolun müəllifi Qonzales olub.

İkinci hissə də yerli komandanın üstünlüyü ilə başlayıb. “Qara qartal” azlıqda ev sahiblərinin qarşısında zəif təsir bağışlayıb. 56-cı dəqiqədə “Beşiktaş”ın ikinci futbolçusu meydandan qovulub. Abubakar komandasını 9 nəfər qoyub. Bundan 1 dəqiqə sonra Sidorçuk hesabı 5:0-a çatdırıb. Görüşün 77-ci dəqiqəsində isə Morales oyunda son nöqtəni qoyub. “Dinamo Kiyev” – “Beşiktaş” 6:0. İstanbul komandası Çempionlar Liqası ilə vidalaşdı.