Belçikada halal ətə qadağa

Belçikada halal ətə qadağa

Belçikada halal ət kəsimi qadağan edilib. Ölkənin ən böyük bölgəsi olan Valonda yerli hakimiyyət orqanı bu barədə qərar verib. Qərara görə, heyvanların huşu üzərində olarkən, halal, kaşrut (yəhudi qaydalarına uyğun) yollarla kəsilməsinə imkan verilməyəcək.

Qayda 2019-cu ildən qüvvəyə minəcək.

Bölgə parlamentinin qərarına görə, heyvanlarının boğazını kəsib qanını axıtmaq onlara daha çox əziyyət verir.

Eyni qadağa ilə bağlı təklif Flaman bölgəsində də verilib. Əgər bu təflik qəbul edilərsə, 3 federal bölgənin ikisində heyvanları ayıq vəziyyətdə kəsmək qadağan edilmiş olacaq.

Belçikada yaşayan müsəlmanlar isə dini komissiyanın “heyvanı bayıldaraq kəsmək” üsuluna qarşıdır. Ölkənin müsəlman qurumundan verilən açıqlamada əhalinin halal ət tapa bilməyəcəyindən narahatlıq ifadə edilib.

Avropa Yəhudi Konqresi də bu qadağanı şiddətlə qınayıb. Konqresin rəhbəri Moşe Kantor Avropanın qəlbində belə bir qərarın verilməsinin yəhudilərin qitədə istənilməməsinə dair qorxunc mesaj verildiyini deyib. “Bu, İkinci Dünya müharibəsində faşizm işğalından bu yana Belçikada yəhudilərin haqlarına edilmiş ən böyük hücumdur”.

Danimarka, İsveçrə və Yeni Zellandiyada heyvanları keyitmədən kəsmək qadağandır.