Belarus Azərbaycana traktorların yığılması üçün komplekt hissələr tədarük edəcək

Gəncə avtomobil zavodu İstehsalat Birliyi Belarus şirkətləri ilə əməkdaşlığı bundan sonra da sıx davam etdirəcək.

Gəncə avtomobil zavodu İstehsalat Birliyindən AzerTimes-a verilən məlumata görə, bu ilin sonuna kimi müəssisə Minsk Traktor zavodu ilə 1000 ədəd traktorun və BELAVTOMAZ konserni ilə isə 7 ağır tonnajlı avtomobilin yığılması üçün komplekləşdiricilərin göndərilməsi ilə bağlı rəsmi müqavilə imzalayıb. Bu barədə məlumatı Gəncə avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə 2006-cı ildə Cənab Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən sonra bu ölkənin şirkətləri ilə müntəzəm əməkdaşlıq davam edir:

“Müəssisəmiz Belarus-Azərbaycan birgə iqtisadi əlaqələr çərçivəsində fəaliyyətini xeyli genişləndirmişdir. Hazırda 6-7 belarus şirkəti ilə sıx əməkdaşlıq edirik. Aprel ayının 13-14 də Belarus Prezidenti Cənab Aleksandr Lukaşenkonun Bakıya işgüzar səfəri zamanı bağlanılan ikitərəfli əməkdaşlıq sazişi çərçivəsində daha bir neçə rəsmi müqavilə imzalanıb ki, bu da müəssisəmizin inkişafında xüsusi rol oynayacaq” deyə Xanlar Fətiyev əlavə edib.

Müşahidə Şurasının sədri onu da bildirib ki, bu əməkdaşlıq çərçivəsində digər layihələr üzrə də işlər davam etdiriləcək. Belə ki, sifarişlər olduğu təqdirdə bütün növ texnikaların yığımını realalşdırmaq mümükün olacaq.


Teqlər: