Bəhram Bağırzadənin ölüm xəbəri şayədir

Bəhram Bağırzadənin ölüm xəbəri şayədir

Əməkdar artist Cabir İmanov “Bakılı oğlanlar” komandasının üzvü, aktyor Bəhram Bağırzadə haqqında yayılan ölüm xəbərini təkzib edib.

Sosial şəbəkə hesabında
paylaşım edən aktyor B.Bağırzadənin sağ olduğunu bildirərək yayılan informasiyalara inanmamağı məsləhət görüb:

“Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir sayt, informasiya agentlikləri, məlumatçı bloqerlər, operator həkimlərə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən adamlara fikir verməyin”.

Qeyd edək ki, ağciyərləri zədələnən Bəhram Bağırzadənin müalicəsi davam edir.