BƏƏ Çin vaksininin istehsalına başlayacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin “Sinofarm” şirkətinin koronavirus vaksinlərinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istehsalı başlayacaq.

AzerTimes-ın məlumatına görə, bunun üçün paytaxt Əbu-Dabidə bu il yeni zavod inşa olunacaq.

Zavodun ildə 200 milyon doza vaksin istehsal etməsi planlaşdırılır.

BƏƏ-də istehsal olunacaq vaksinlər “Hayat-Vax” adını daşıyacaq.