BEA Azərbaycanda neft hasilatı proqnozlarını yüksəldib

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda 2021-ci ilin birinci rübü üzrə neft hasilatı proqnozlarını yüksəldib.

Trend bu barədə Agentliyə istinadən məlumat verir.

Birinci rübdə Azərbaycanda 0,72 milyon barel/sutka neft hasilatı proqnozlaşdırılır. Əvvəlki hesabatda bu göstərici 0,7 milyona bərabər idi.

Proqnoza əsasən, Azərbaycanda bu ilin ikinci rübündə neft hasilatı sutkada 0,71 milyon barelədək azalacaq, üçüncü rübdə isə 0,73 milyon barelədək artacaq.

Ümumilikdə, 2021-ci il ərzində Azərbaycanda neft hasilatı 0,72 milyon barel/sutka həcmində proqnozlaşdırılır.

Teqlər: