Bazar günü ölkədə hava küləkli olacaq

Bazar günü ölkədə hava küləkli olacaq

Bazar günü (3 sentyabr) Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 31-33° isti olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.