Baykal gölündə şimal yarımkürəsinin ən iri teleskopu istifadəyə verilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada Baykal gölündə şimal yarımkürəsinin ən iri neytrino teleskopu istifadəyə verilib.

AzerTimes-ın məlumatına görə, 2015-ci ildən tikintisi aparılan “Baikal-GVD” teleskopu neytrino adlanan xırda hissəciklərin kosmosdan Yerə daxil olmasını, formalaşmasını və mənbələrini araşdıracaq.

Bu cür neytrino teleskopları hazırda Aralıq dənizi, Çin, Yaponiya və Antarktidada fəaliyyət göstərir.

Ən böyük neytrino teleskopu Antarktidada yerləşir.