Baydenin hüquqi və elmi əsası olmayan bəyanatının Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur – Mustafa Şentop

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı heç bir hüquqi və elmi əsası olmayan bəyanatının Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O bildirib ki, bu bəyanatın regionda və dünyada sülhə heç bir faydası olmayacağı aydındır:

“1981-ci ildə başqa bir ABŞ prezidenti bənzər bəyanatla çıxış etmişdi. Türkiyə bu gün daha çox güclüdür. Dünyada və regionda daha nüfuzludur. Bu bəyanatın regionda və dünyada sülhə, xüsusilə də Ermənistana heç bir faydası olmayacağı aydındır. Yalnız Türkiyə ilə ABŞ arasındakı münasibətlər bundan ciddi ziyan görəcək”.

Teqlər: