Baydenin 1915-ci il hadisələri barədə açıqlamaları hüquqi statusu olmayan şəxsi fikirdir – Oleq Kuznetsov

Xəbər - Cani Babayeva – Trend:

ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamaları heç bir hüquqi statusu olmayan, rəsmi tədbirdə səsləndirilmiş dövlət başçısının şəxsi fikridir.

Bunu AzerTimes-a rusiyalı siyasi analitik Oleq Kuznetsov deyib.

O, prezident Co Baydenin Ağ Evin saytında dərc oluna bəyanatını diqqətlə oxuduğunu bildirib:

“Diqqətinizi bir məqama cəlb etmək istəyirəm: bəyanat ABŞ Prezident Administrasiyanın rəsmi sənədlər siyahısında deyil, mətbuat üçün açıqlamalar bölməsində yerləşdirilib. Bu, sadəcə dövlət başçısının səsləndirdiyi şəxsi fikri ifadə edir”.

Ekspertin sözlərinə görə, ABŞ prezidentinin bəyanatı hazırda ölkədə hakimiyyətdə olan siyasi elitanın rəhbərinin şəxsi fikridir.

O.Kuznetsov əlavə edib ki, erməni diasporunun liderləri üçün “erməni soyqırımı” məsələsi yalnız etnosiyasi özünümüəyyənləşdirmə məsələsi deyil, həm də gəlirli etnokorporativ biznes sahəsidir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: