Bayden İsrailin yeni prezidentini qəbul edəcək

ABŞ prezidenti Cozef Bayden 28 iyun tarixində israilli həmkarı Reuven Rivlini qəbul edəcək.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqton administrasiyası rəhbərinin mətbuat katibi Cen Psaki bildirib.

Açıqlamada deyilir: “Prezident Rivlinin səfəri Amerika Birləşmiş Ştatları ilə İsrail arasındakı güclü əməkdaşlıqla birlikdə hökumət və xalqlarımız arasındakı dərin əlaqələri də vurğulayacaq”.

Onun sözlərinə görə, iki prezident “bölgənin üzləşdiyi bir çox çətinlik və imkanları” müzakirə edəcəklər.

Teqlər: