Bayden ABŞ-ın hərbi büdcəsini azaltmaq niyyətindədir

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ prezidenti Co Bayden ölkənin hərbi büdcəsini 7 milyard dollar azaltmaq niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi yazır.

Qeyd olunur ki, bu qərar Demokrat partiyasının nümayəndələri ilə müzakirələrdən sonra qəbul edilib.


C.Bayden administrasiyası Pentaqona 715 milyard dollar xərcləməyi planlaşdırır.

Sabiq prezident Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Müdafiə Nazirliyinə 722 milyard dollar ayıracağını bildirmişdi.