Başqırdıstanda 280-ə yaxın məktəbdə karantin tətbiq olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Başqırdıstan respublikasında 280-ə yaxın məktəbdə karantin tətbiq olunub.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət üzrə Federal Xidmətin regional idarəsi bildirib.

Qeyd olunub ki, tədris müəssisələrində 5-dən çox koronavirusa yoluxma halı qeydə alındıqda karantin rejimi tətbiq olunur.

Hazırda Başqırdıstan ərazisində 730 uşaq müəssisəsində yoluxma qeyd alınıb. Ümumilikdə 279 məktəbdə 768 sinif karantinə bağlanıb.