Barselona şəhəri terror hücumuna məruz qaldı

Barselona şəhəri terror hücumuna məruz qaldı

İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.      

Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 28 ölkədən 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb.

Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.

İspaniya polisi hadisənin terror aktı olduğunu bildirib.

Polis mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən sürücünün şəxsiyyəti müəyyənləşib. Mülki Qvardiyadakı mənbənin yaydığı məlumata görə, bu, Dris Oukabir adlı şəxsdir.

Məlumatda bildirilir ki, o, mikroavtobusu Barselonanın Santa-Perpetua-de-Moqoda əyalətindən kirayə götürüb.

Terrorçu saatda 80 kilometr sürətlə mikroavtobusu kütlənin üzərinə sürüb.

İŞİD terror qruplaşması Barselonada törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.