“Barselona” İspaniya Kubokunun finalına vəsiqə qazandı

Bu gün İspaniya Kubokunun yarımfinal oyunu çərçivəsində “Barselona” və “Sevilya” klublarının cavab matçı keçirilib.

AzerTimes-ın məlumatına görə, “Kamp Nou” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Usman Dembele, Jerar Pike və Martin Breytueyt vurublar.

Beləliklə, “Barselona” ilki qarşılaşmada məğlub olmasına baxmayaraq, İspaniya Kubokunun finalına vəsiqə qazanıb.

Teqlər: