“Barselona” futbol klubunun prezidenti seçilib

Xəbər - Orxan Nəbiyev – Trend:

İspaniyada “Barselona” futbol klubunun prezident seçkiləri keçirilib.

AzerTimes-ın məlumatına görə, səsvermədə klubun 55 mindən çox üzvü iştirak edib.

Joan Laporta səslərin 54,3 faizini toplayaraq klubun növbəti prezidenti olub. Onun ən yaxın rəqibi Viktor Fonta 30 səs faizi toplaya bilib.

Qeyd edək ki, bundan əvvəlki prezident Jozep Bartomeu klubdakı fikir ayrılıqları ilə əlaqədar ötən ilin oktyabrında istefa vermişdi.

J.Laporta 2003-2010-cu illərdə “Barselona”nın prezidenti olub.

Teqlər: