Barselona futbol klubu kütləvi kiberhücumlara məruz qalıb

Barselona futbol klubu kütləvi kiberhücumlara məruz qalıb

İspaniyanın “Barselona” futbol klubunun kompüterləri kütləvi şəkildə kiberhücumlara məruz qalıb.

“Deloitte” şirkəti klubun və onun rəhbərliyinin nüfuzuna xələl gətirmək üçün proqramlaşdırılmış botların mövcudluğunu aşkar edib.

Sosial şəbəkələrdə klubla əlaqəli müxtəlif mövzularda şərhlərin 12,5% -i insan olmayan istifadəçilər tərəfindən verilib.

Kiberhücumların əsas məqsədlərindən biri klub rəhbərliyinə yönələn tənqidləri yaymaqdır.