Baramaçılıqda yem bazasının gücləndirilməsi üçün 20 min tut tingi əkilib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində rayonlarda ardıcılı tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı üzrə Tədbirlər Planı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni çəkil bağlarının salınması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu məqsədlə nazirlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkiatçılığı ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayaonları ərazindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfatlarında yetişdirilən tut tinglərinin yol kənarında əkilməsi həm ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə xidmət edəcək, həm də torpaq resurslarından səmərəli istifadəni təmin edərək kümçülərin yemə olan ehtiyaclarının ödənilməsinə töhfə verəcək.


Magistral və kənd arası yolların kənarlarında, yaşıllaşma zolağında əkilmiş tut tingləri baramaçılığın inkişafı ilə bərabər ekosistemin yaxşılaşdırılmasına xidmət göstərir.

Teqlər: