Balakəndə birmərtəbəli ev yanıb

Balakən rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Sarıbulaq kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: