Bakının məşhur restoranlarında pozuntular aşkarlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Ötən gün 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, oktyabrın 5-də ölkə üzrə 367 ictimai iaşə obyektində 632 monitorinq keçirilib. Monitorinqlər zamanı aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Xəqani 65 ünvanında yerləşən, fiziki şəxs Novruzova Sevinc Məmməd qızına məxsus hostel;

2. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 95 ünvanında yerləşən, hüquqi şəxs “Saray-Baku” MMC-yə məxsus “Fırat” kafe;

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin ünvanında yerləşən, fiziki şəxs İbrahimov Səid Nazim oğluna məxsus “Turk-Way” restoran;

4. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küç., keçid 815 ünvanında yerləşən, hüquqi şəxs “Wasım Afzal” MMC-yə məxsus dönər evi;

5. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 126 ünvanında yerləşən, fiziki şəxs Qarayev Sahil Malik oğluna məxsus dönər evi;

6. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 126 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Ramin Hümmət oğluna məxsus kafe;


7. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 82 ünvanında yerləşən, fiziki şəxs Batuhan Samed Çobana məxsus kafe;

8. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 81/13 ünvanında yerləşən, hüquqi şəxs “Shazeli Group” MMC-yə məxsus “Pak Dad” restoran;

9. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 14/8 B ünvanında yerləşən, fiziki şəxs Xankişiyev Aslan Elman oğluna məxsus “Qoç Ət” restoran;

10. Bakı şəhəri, Səbail rayonu, Badamdard qəs., keçid 1128 ünvanında yerləşən, fiziki şəxs Tuhumova Aşura İsrafil qızına məxsus kafe;

11. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., keçid 1128 ünvanında yerləşən, fiziki şəxs Ağacanov Xıdırəhməd oğluna məxsus kafe;

12. Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 ünvanında yerləşən, fiziki şəxs Sadıqov Rasim Nazim oğluna məxsus “Kilo Kabab” kafe;

13. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən, fiziki şəxs Həsənli Tahir Fəxrəddin oğluna məxsus “Milli Süfrə” kafe.

Twitter: @cingizsafarli

Teqlər: