Bakının mərkəzində iki ağac aşdı, avtomobilə ziyan dəydi (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda güclü külək irigövdəli ağacları aşırıb.

AzerTimes-ın məlumatına görə, hadisə Səbail və Yasamal rayonlarında qeydə alınıb.

Neftçilər prospektində aşan ağac xoşbəxtlikdən ətrafa ziyan vurmayıb, İnşaatçılar prospektində isə, ağac minik avtomobilinin üzərinə aşıb.

Nəticədə “Reno” markalı avtomobilə ziyan dəyib, hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Teqlər: