Bakının əsas yolları bağlanır

Bakının əsas yolları bağlanır

Bu gündən Bakının mərkəzi küçələri bağlanır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində təmir işləri aparılacaq.

İşlərlə əlaqədar həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 15 aprel tarixindən təmir işləri bitənədək 6 nömrəli marşrut üzrə avtobuslar Bayıl istiqamətinə gedərkən Şeyx Şamil, İstiqlaliyyət, Əziz Əliyev küçələri, Neftçilər prospekti, AzNeft dairəsi ilə yolunu gedəcək.

Bayıl-Azadlıq prospekti m/s istiqamətinə hərəkət edərkən isə AzNeft meydanı, Niyazi, İstiqlaliyyət, Bünyat Sərdarov, Həsən Seyidzadə, N.Nərimanov, M.Müşviq küçələri əvəzinə AzNeft meydanı, Neftçilər prospekti, Rəşid Behbudov, Fizuli, Şıxəli Qurbanov, Zivər bəy Əhmədbəyov, Qurban Xəlilov, Bakıxanov küçələri, İnşaatçılar prospekti, Landau, M.Müşviq küçələrindən keçən xətt üzrə hərəkət etməsi nəzərdə tutulur.

65 nömrəli marşrut xətti üzrə isə avtobuslar Şeyx Şamil küçəsindən sol istiqamətdə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinə hərəkət edəcəklər.