Bakıdan əhali ən çox bu rayonlara gedir

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobuslar tam olaraq əvvəlki qaydada xəttlərə buraxılıb.

Bunu AzerTimes-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəti Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, xəttə iri tutumlu avtobuslar buraxılıb. Onun sözlərinə görə, hazırda ən çox istiqamətlər Bakıdan çıxışlardır: “Bakıdan regionlara çıxışlar çoxdur, xüsusilə Bakıdan Gəncə, Şəki, Qax, Zaqatala, Lənkəran, Quba istiqamətində sərnişin axını daha çoxdur”.

N.Allahyarova bildirib ki, avtobuslar tələbata uyğun təmin edilir: “Alınan bilətlərin sayına uyğun avtobuslar xəttə buraxılır. Əgər tələbat artsa avtobuslar təmin ediləcək”.

O əlavə edib ki, həm sürücünün, həm də sərnişinlərin avtobuslarda tibbi maskadan istifadə edilməsi tələb kimi qoyulub.

Teqlər: