Formula-1’in vaxtı dəyişdi

Formula-1’in vaxtı dəyişdi

FİA-nın (Beynəlxalq Avtomobil Federasiyası) Dünya Şurası Formula-1-in növbəti mövsümünün təqvimini bu il erkən təsdiqləyib.

2018-ci ilin təqvimində ciddi dəyişikliklər edilib.

Bu il olduğu kimi növbəti mövsümə də mart ayından start veriləcək. İlk 3 mərhələ öz vaxtında olacaq. Dördüncü mərhələ isə Rusiya (Soçi) deyil, Bakı Qran Prisi olacaq. Bu isə o deməkdir ki, gələn il “F1″in Bakı mərhələsi aprel ayının 27-29-da baş tutacaq.

Təqvimə qayıtmış Fransa Qran-Prisi Kanada və Avstriya mərhələləri arasında keçiriləcək. Bu il Fransanın yerində Bakı qərarlaşıb. Soçidə Formula-1 yarışları sentyabrın 30-da keçiriləcək, yarışların tarixinin dəyişdirilməsi futbol üzrə dünya çempionatına hazırlıqlarla bağlıdır.

Təqvimin 21 mərhələlidir.